Antalya hava limanına enərkən Rusiyaya məxsus təyyarədə yanğın baş verib
Moskva, 25 noyabr, AZƏRTAC
Rusiyanın “Azimut” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi Türkiyənin Antalya hava limanına enərkən yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, Soçidən Antalyaya uçan təyyarənin göyərtəsində 80 sərnişin və 6 heyət üzvü olub, onların hamısı təxliyə edilib.
İlkin məlumata görə, təyyarə havada olarkən mühərrikində yanğın başlayıb, sonradan alov genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Qəza nəticəsində xəsarət alan yoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]