Antalyaya bu ilin birinci yarısında 4 milyondan çox turist səfər edib
Bakı, 23 iyun, AZƏRTAC
Bu ilin əvvəlindən iyunun 20-dək Antalyaya 4 milyon 761 min 451 turist gəlib.
AZƏRTAC-ın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə turist sayında 32 faiz artım müşahidə olunub. İlin sonuna qədər Antalyanın 16 milyon turist qəbul edəcəyi gözlənilir.
Qeyd edilib ki, mayın sonunadək Antalya otellərinə daha çox almaniyalı turistlər müraciət edib. Statistik məlumatlara görə, ikinci yerdə rus və ingilis turistlərdir.