Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anti-Azərbaycan qüvvələrin çirkin kampaniyasının növbəti vasitəsi: UEFA Avropa Liqasının Bakı finalı

Anti-Azərbaycan qüvvələrin çirkin kampaniyasının növbəti vasitəsi: UEFA Avropa Liqasının Bakı finalı

Bakı, 13 may, AZƏRTAC

Hazırda ölkəmiz mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasına ciddi hazırlaşır. Artıq bu mötəbər idman hadisəsinə son hazırlıq işləri görülür, dünyada ən müasir idman qurğularından olan Bakı Olimpiya Stadionunda futbolçular, komandaların texniki heyəti, eləcə də azarkeşlər və mətbuat nümayəndələri üçün ən yüksək şərait yaradılır. Təəssüf ki, ölkəmiz bu mühüm qarşılaşmaya ciddi hazırlıq prosesində olduğu bir vaxtda Qərbdəki bəzi məkrli qüvvələrin çirkin qarayaxma kampaniyaları ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, budəfəki kampaniyada ölkəmiz əleyhinə idmanla heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrin irəli sürülməsi, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmaması barədə yanlış təsəvvürlərin formalaşdırılmasına çalışılır.

Son illər Avropada müəyyən qüvvələr tərəfindən başladılan “qara piar” əslində bir o qədər də təəccüb doğurmur. Çünki Azərbaycanın əvvəlki illərdə də ev sahibliyi etdiyi bütün mötəbər tədbirlər və yarışlar zamanı bu cür hallara rast gəlinib. Bütün qarayaxma kampaniyalarında olduğu kimi, bu dəfə də Azərbaycana qarşı guya ölkəmizdə insan hüquqlarının, qanunun aliliyi prinsiplərinin pozulduğunu iddia edirlər. Ən son Qərbin gözü qarşısında - Fransada təşkil olunan “sarı jiletlər” aksiyaları zamanı polisin zorakılıqları, yüzlərlə nümayişçinin ən sərt tədbirlərlə cəzalandırılması və həbs edilməsi fonunda Azərbaycana qarşı insan hüquqlarının pozulmasını tələb edən qüvvələr, görəsən, gözlərini niyə geniş açmırlar? Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin təmin olunması istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar, xüsusilə dövlətimizin başçısının son bir neçə ayda imzaladığı fərman və sərəncamlar hətta Avropa dövlətlərinin özləri tərəfindən də təqdirlə qarşılanır.

Ölkəmiz əleyhinə səslənən əsassız iddialardan biri də guya viza rejiminin problem yaratmasıdır. Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən olub. Xüsusilə ölkəmizin ev sahibliyi etdiyi mötəbər idman yarışları ərəfəsində Azərbaycan Prezidenti viza rejiminin sadələşdirilməsi ilə bağlı sərəncamlar imzalayır. Həmin məkrli qüvvələrin diqqətinə təkcə bunu çatdırmaq kifayətdir ki, dövlətimizin başçısı cəmi iki ay əvvəl - martın 11-də UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs mayın 15-dən iyunun 1-dək Azərbaycanın beynəlxalq hava limanlarında asanlıqla viza ala bilər. Bu təcrübə Azərbaycanın ev sahibliyi etdiyi əvvəlki idman yarışlarında uğurla tətbiq olunub. Ona görə də bu məntiqsiz iddianın heç bir əsasa söykənmədiyini təcrübə əsasında qəti şəkildə deyə bilərik.

Digər bir məqam isə ondan ibarətdir ki, dünyanın ən bahalı şəhərlərindən biri olan London təmsilçilərinin guya Bakıda otellərin qiymətlərinin baha olması ilə əlaqədar narazılığı insanda ikrah hissi oyadır. Son illər Azərbaycanda dünyanın ən məşhur brendlərinə məxsus dəbdəbəli otellər istifadəyə verilib. Bununla yanaşı, ölkəmizdə müxtəlif ulduzlu digər otellər də var. Bu gün Bakıda 20-30 dollardan tutmuş müxtəlif qiymətlərə qədər on minlərlə azarkeşi qəbul etməyə imkanı olan yüzlərlə otel fəaliyyət göstərir. Son illər Azərbaycana artan turist axını, xüsusilə Formula 1 kimi dünyanın ən elit idman yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər heç vaxt otellərin qiyməti və ya xidmətin səviyyəsindən narazılıq ifadə etməyiblər. Bu isə həmin iddianın da məkrli və əsassız olduğunu tam sübut edir.

İrəli sürülən iddialardan birinə gəlincə, tam əminliklə demək olar ki, “Arsenal” klubunda çıxış edən erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və buna ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bu barədə rəsmi açıqlamasında da qeyd olunub ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Bundan başqa, qeyd etmək lazımdır ki, erməni idmançıların Azərbaycandakı yarışlarda iştirakı birinci dəfə deyil. Həmin yarışlar ərzində erməni idmançılar üçün heç bir problem və ya çətinlik baş verməyib. Təkcə bu faktı qeyd etmək lazımdır ki, “Bakı 2015” birinci Avropa Oyunlarında fəxri kürsüdə yer alan ermənistanlı idmançıya mükafatı məhz dövlətimizin başçısı İlham Əliyev təqdim edib.

Bu gün Azərbaycan dünyada ən sabit, kriminogen durumun aşağı səviyyəsinə görə lider ölkələrdən biri kimi tanınır. Təkcə idman yarışlarının təşkili zamanı asayişin mühafizəsi ilə bağlı görülən tədbirlər deyil, son illər ölkəmizə turist axınının güclənməsinin, Azərbaycanın miqrasiya prosesində təyinat ölkəsinə çevrilməsinin də əsasında məhz güclü sabitliyin hökm sürməsi dayanır.

O ki qaldı, Azərbaycanın təşkilatçılıq qabiliyyətinə, bunu demək kifayətdir ki, ölkəmiz bu sahədə peşəkarlığını dəfələrlə sübut edib. Xüsusilə, tarixdə ilk dəfə keçirilən və Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə apardığı birinci Avropa Oyunlarına cəmi 30 ay müddətində sürətlə hazırlaşaraq bu mötəbər idman yarışını ən yüksək səviyyədə təşkil edən Azərbaycanın bu sahədəki uğurları nəinki Beynəlxalq və Avropa Olimpiya komitələri, digər mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi digər mötəbər idman yarışları - 1600 şahmatçının qatıldığı 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında voleybol üzrə Avropa çempionatı, 800-dək idmançının qatıldığı cüdo, 1500 nəfərin mübarizə apardığı BMX velosipedi üzrə dünya çempionatlarının, 4 minə yaxın atletin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının gimnastikanın müxtəlif növləri üzrə ən mötəbər beynəlxalq turnirlərin iştirakçıları ölkəmizdə idmançılar və komandaların üzvləri üçün ideal şəraitin yaradıldığını bildiriblər. Bütün bunlar Azərbaycan əleyhinə səsləndirilən ittihamların əsassız olduğunu ifadə edən faktlardır.

Azərbaycanda təhlükəsizliyin və sabitliyin tam şəkildə təmin olunduğu Xarici İşlər Nazirliyinin məsələyə münasibətində də qəti şəkildə ifadə edilib: “Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 üzrə Azərbaycan Qran-Prisini və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə keçirilmiş “Qarabağ” - “Çelsi” oyununu qeyd etmək olar. Bu idman yarışlarını izləmək məqsədilə respublikamıza gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud sabitlik və təhlükəsizlik mühitindən və bu kimi irimiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır”.

Sonda onu da qeyd etmək yerinə düşər ki, dünyanın ən mötəbər idman qurumları idmanın siyasətə alət edilməməsinin vacibliyini dəfələrlə vurğulayır, yarışlarda siyasi çağırışlar edən idmançılara cəza tədbirləri tətbiq edirlər. Bu baxımdan Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı UEFA Avropa Liqasının final qarşılaşmasından ölkəmizə qarşı çirkin niyyətlər üçün istifadə edilməsi Qərbin özünün müəllifi olduğu və təbliğ etdiyi dəyərləri lazım gəldikdə heçə saydığını göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib