Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Bakı, 12 aprel, AZƏRTAC

12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə orbitə çıxıb. Kosmik gəmi 1 saat 48 dəqiqə Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 30- dan çox ölkədən bir neçə yüz kosmonavt və astronavt olub.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

AZƏRTAC Dünya Aviasiya və Kosmonavtika Günündə Azərbaycanda kosmik sənayenin yaradılması tarixinə nəzər salır. Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” ASC təsis edilib. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz - “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Bununla da ölkəmizin kosmik sənaye üzrə fəaliyyətinə mühüm təkan verilib.

“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. “Azerspace-1” peyki vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətləri təqdim edilir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən çox ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

2014-cü il iyunun 30-da “Azersky” Yerin müşahidə peyki “Satish Dhawan” Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2” 2018-ci il sentyabrın 26-da 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

Bütün bunların nəticəsində xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.

Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamına əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu konqres “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq. Bu tədbir ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq. Konqresə kosmik sahənin NASA, CNES, “Airbus”, “Boeing”, JAXA, TUA və bir çox aparıcı qurumlarının, eləcə də dövlətlərin nümayəndələri də olmaqla, 6 mindən çox qonaq gələcəyi gözlənilir.

Konqresə bu il rekord sayda - 95 ölkədən elmi iş təqdim olunub. Belə ki, kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3 min 532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Bu il Azərbaycandan da rekord sayda - 214 elmi məqalə təqdim edilib. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr - ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.

Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.

Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO