Aqrar İnkişaf Könüllüləri ağacəkmə kampaniyasına başlayır
Bakı, 16 dekabr, AZƏRTAC
Aqrar İnkişaf Könüllüləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına başlayıb. Aksiya Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, könüllülər hər rayonda həmin rayondan olan şəhidlərin sayı qədər ağac əkməyi planlaşdırırlar. 2783 xatirə ağacının əkiləcəyi kampaniyanın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]