Aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolunun artırılması müzakirə olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolunun artırılması müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanda kənd təsərrüfatının inkişafında aqroparkların rolunun gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə həmkarlarım - kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, həmçinin aqrar sektorda aparıcı şirkətlərin rəhbərləri ilə aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolunun artırılması, fəaliyyətlərinin genişləndirilməsində qarşıya çıxan məsələlər və onların həlli yolları barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.