ARAZ ÇAYI SAHİLLƏRİNDƏ QUŞLARIN TƏLƏFATI BARƏDƏ YAYILAN MƏLUMATLAR ƏSASSIZDIR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Araz çayının əhatə etdiyi ərazilərə hələ köçəri quşların miqrasiyası başlamamışdır. Buna baxmayaraq, şayiələrə rəvac verməmək üçün həmin ərazilərdə bir daha monitorinq aparılması məqsədəuyğun sayılmışdır.
Monitorinq zamanı Araz çayı sahillərinə, o cümlədən xırda gölməçələrə diqqət yetirilmiş, bu ərazilərdə yaşayan sakinlərlə söhbətlər aparılmışdır. Heç kim ölkəmizin Araz çayı sahillərindəki ərazilərdə quş cəsədinə rast gəlməmişdir. Beləliklə, kütləvi informasiya vasitələrində yayılmış bu xəbərlər həqiqətdən uzaqdır və heç bir rəsmi məlumata əsaslanmamışdır.
Dövlət Baytarlıq Xidməti əhalini belə yanlış məlumatlara inanmamağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]