ARAZ ÇAYININ ERMƏNİSTANLA SƏRHƏD HİSSƏSİNDƏ SUYUN ƏSAS ÇİRKLƏNDİRİCİLƏRİ NORMADAN DƏFƏLƏRLƏ ARTIQDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları sentyabrın birinci ongünlüyündə Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə növbəti monitorinq keçirmişlər.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun tərkibindəki spesifik çirkləndiricilərdən mis və fenolun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları, heyvandarlıq və sənaye müəsissələrinin çirkab sularıdır.
Kür çayının Gürcüstan ərazisində çirklənməyə məruz qalan məntəqələrində də suyun əsas çirkləndiriciləri normadan artıqdır.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə norma daxilindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]