ARDNŞ-in iqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiyasının icrası istiqamətində növbəti addım atılmışdır
Bakı, 16 dekabr (AZƏRTAC). Bakıdakı ekoloji parkda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiyasının icrası sahəsində Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (AİTİ) ilə əməkdaşlıq çərçivəsində seminar keçirilmişdir.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, cari ildə yerinə yetirilən işlərin yekun hesabatının müzakirəsi məqsədilə keçirilmiş seminarda hökumət təmsilçiləri, ARDNŞ-in baş ofisi və struktur bölmələrinin, “Qarasu”, “Neftçala”, “Salyan Oil” əməliyyat şirkətlərinin nümayəndələri və AİTİ-nin əməkdaşı Petra Opits iştirak etmişlər.
Seminarın açılış mərasimində ARDNŞ-in Ekologiya İdarəsinin rəisi Azər Əliyev və AİTİ-nin əməkdaşı Petra Optis çıxış etmişlər.
“DİW econ” şirkəti ilə ARDNŞ-in əməkdaşlığı çərçivəsində görülən işlərə dair təqdimat keçirilmişdir.
Seminarda, həmçinin strategiya sənədinin fəaliyyət planına daxil edilmiş müəssisə və təşkilat nümayəndələrinin ərazilərində görülmüş işlər barədə hesabatlar dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]