ARGENTİNA FUTBOLÇUSU ÜSTÜNDƏ “TANRININ ƏLİ” YAZILMIŞ BUTSLARDA OYNAYIR
Britaniyalı azarkeşlər bunu İngiltərə komandasının ünvanına təhqir hesab edirlər. Belə ki, 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatının Argentina və İngiltərə futbolçuları arasında dörddəbir final görüşündə Diyeqo Maradona Piter Şiltonun qapısına topu əli ilə vurmuşdu. Hakim onun qaydaları pozduğunu görməmiş və buna görə də qolu qeydə almışdı.
Argentinalıların 2:1 hesabı ilə qalib gəldikləri həmin oyundan sonra Maradonanın özü demişdir ki, “əgər bu, həqiqətən, əl ilə oyun idisə, o, Tanrının əli idi”.
Messi ingilisləri hirsləndirən bu sözlərin yazıldığı butslarla hər dəfə meydana çıxanda azarkeşlərə Argentina komandasının həmin qələbəsini xatırladır.
Qeyd edək ki, Maradonanın öz komandasına dünya çempionu adını qazandırdığı 1986-cı ildə Lionel Messi hələ dünyaya gəlməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]