Argentina karantin müddətini yenidən uzadır
Madrid, 29 avqust, AZƏRTAC
Argentina Prezidenti Alberto Fernandes ölkədə karantin rejiminin müddətinin daha 3 həftə - sentyabrın 20-dək uzadılması barədə elan edib.
AZƏRTAC xəbər verir ki, martın 20-dən başlayaraq 162 gün davam edən təcriddən sonra sosial yorğunluğu dərk edən Alberto Fernandes mətbuat konfransında iştirak etməməyi üstün tutub və təcrid müddətinin yenidən - artıq 11-ci dəfə uzadılmasını bildirəndə “karantin” terminindən istifadə etməyib.
Karantin rejimi müddətinin uzadılması barədə qərarın verilməsinə səbəb ölkədə son 3 gündə COVID-19-a gündəlik yoluxanların sayının 10 mini keçməsi, son 24 saat ərzində tarixi rekordun - 11.717 yeni yoluxma faktının qeydə alınması olub.
Hazırkı dövrədək Argentinada 392.009 yoluxma və 8.271 ölüm halı qeydə alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]