Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.