“ARU” XEYİRXAH ANA DEMƏKDİR
Yeni il şənliyində, ilk növbədə uşaqları sevindirmək istəyirik. Həmin günlər uşaqların və qocaların evlərinə getmək xoş ənənəyə çevrilməsi çox yaxşıdır. Həm yerli, həm də xarici şirkətlər onlar üçün çox iş görürlər.
Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində qadın əməkdaşlardan və diplomatların xanımlarından ibarət “Aru” klubu yaradılmışdır. “Aru” qazax dilindən tərcümədə nəcib, gözəl “ana” deməkdir. Klubun üzvləri milli bayramların keçirilməsi və təşkilində, Beynəlxalq Qadın Klubunun işində fəal iştirak edirlər. Onlar hesab edirlər ki, ən başlıca iş uşaq evlərinə, şəhid ailələrinə, tənha və aztəminatlı pensiyaçılara xeyriyyə yardımı göstərməkdir.
Klubun sədri, Qazaxıstanın respublikamızdakı səfirinin xanımı Saule Şukputova demişdir:
-Qadınlarımız hər il bütün bayramlarda belə adamlara qayğı ilə müxtəlif hədiyyələr hazırlayırlar. Uşaqlar Yeni il bayramında Şaxta babanın onlara nə bağışlayacağını səbirsizliklə gözləyirlər. Ötən il olduğu kimi, bu il də Bakıdakı və Azərbaycanın bölgələrindəki uşaq evləri üçün vəsait toplamaq məqsədi ilə keçirilən Beynəlxalq xeyriyyə yarmarkasında fəal iştirak edirik. Qazax şirniyyatının (çak-çak, baursak, piroqlar) zövqlə qablaşdırıldığı bir neçə qutunu satış üçün Beynəlxalq Yarmarka Fonduna təqdim etmişik.
“Aru” klubunun üzvləri milli məmulat, qızılı və gümüşü saplarla, muncuqla tikilmiş naxışlı tikmələr, gödəkçələr, araqçınlar və bir çox başqa əşyalar hazırlayaraq, yarmarkaya satışa çıxarırlar. Klub üzvlərinin şəxsi vəsaiti hesabına uşaq geyimi, oyuncaq və kitablar alınır. Bayram günləri bizi Şüvəlandakı internat evinin, 2 nömrəli internat evinin və “Ümid yeri” uşaq evinin sakinləri böyük səbirsizliklə gözləyirlər. “Aru” klubu Qurban bayramında tənha, aztəminatlı adamlara və əlillərə xeyriyyə süfrəsi açmaq üçün qurbanlıq heyvanlar alır. Lakin hədiyyələri, sadəcə, paylayıb getmək də olmaz. Ona görə də uşaq evlərində incəsənət, əmək dərsləri, rəsm müsabiqəsi keçiririk, uşaqlara musiqi mərkəzi hədiyyə etmişik.
Şəhid ailələrini də unutmur, onlara daim xeyriyyə yardımı göstəririk.
Bu, prezidentlər Heydər Əliyevin və Nursultan Nazarbayevin vaxtilə əsasını qoyduqları dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla davam etdiyinin parlaq təzahürüdür.
Səfirliyin əməkdaşının hazırladığı, ana rəmzi sayılan qazax baş örtüyü bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hədiyyə edilmişdir.
Xalqımızın 2003-cü ilin dekabrında ağır itkidən - ümummilli liderimiz Heydər Əliyevin vəfatından kədərləndiyi bir zamanda Qazaxıstanda səfirliyinin əməkdaşları Süleymanovların ailəsində oğlan uşağı dünyaya gəlmişdir. Uşağı iki böyük şəxsiyyətin - Heydər Əliyevin və Nursultan Nazarbayevin şərəfinə Nurəli adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]