CƏMİYYƏT
ASAN könüllüləri Ulu Öndərin xatirəsini anırlar
![](/files/galleryphoto/2023/3/1200x630/17023846332065459761_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023846331685523779_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702384633629392088_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023846333511324784_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702384633680840678_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ASAN könüllüləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Eyni zamanda, müxtəlif sərgilər, ağacəkmə aksiyaları, tədbirlər və görüşlər təşkil olunub.
Tədbirlərdə Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edilib.