“Asan xidmət” komandası Gənclər Gününə həsr olunmuş peyntbol turnirinin qalibi olub
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ulduz Paintball Klubunda Azərbaycan Gənclər Gününə həsr olunmuş peyntbol üzrə Bakı turniri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 6 komanda iştirak edib.
“Asan xidmət” komandası yarışın qalibi olub. “İrəli İB” turniri ikinci, “Sağlam düşüncə” komandası isə üçüncü pillədə başa vurub.
Mükafatçılara Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.