“ASAN xidmət” mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzlərdə dezinfeksiya işləri həyata keçirilib. Bunun üçün xüsusi dərman məhlullarından istifadə olunub.
Müvafiq işlər “ASAN xidmət” mərkəzlərində qeyri-iş saatlarında icra olunub.