ASFALT ZAVODU İSTİFADƏYƏ VERİLƏCƏK
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən müəssisədə əsas texnoloji avadanlığın quraşdırılması başa
çatdırılmış, sınaq əməliyyatları aparılmışdır.
Zavodun məhsulu ilkin mərhələdə, əsasən, tarixi İpək yolunun Hacıqabul-Kürdəmir hissəsinin çəkilişinə sərf olunacaqdır. Burada 50 nəfər işlə təmin ediləcəkdir.