Asiya ölkələri də Böyük Britaniya ilə nəqliyyat əlaqəsini dayandırır
Bakı, 23 dekabr, AZƏRTAC
Koronavirusun yeni ştammının peyda olması səbəbindən Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsən ölkələrin sayı artır.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, Yaponiya dekabrın 24-dən etibarən, ölkə vətəndaşı olmayan şəxslərin Böyük Britaniyadan gəlişini qadağan edib. Filippin isə fevral ayına qədər Birləşmiş Krallıqla bütün aviasiya əlaqəsini dayandırıb. Cənubi Koreya dekabrın sonlarına qədər analoji qərar qəbul edib. Bundan başqa, Sinqapur da Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsən ölkələr sırasına qoşulub.
Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın cənub-şərqində koronavirusun yeni mutasiyası aşkarlanıb. Baş nazir Boris Conson bunun 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını bildirib. Dekabrın 20-dən başlayaraq London, Şərqi və Cənub-Şərqi İngiltərə ərazisində və Uelsdə sərt karantin rejimi tətbiq olunub. Bundan sonra bir çox ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsib və bu ölkələrin sayı artmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [23:48]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]