ASİYA ÖLKƏLƏRİNDƏ İSTİRAHƏT GETDİKCƏ DAHA ÇOX TURİCTİ CƏLB EDİR
AZƏRTAC xəbər verir ki, Dünya Turizm Təşkilatının məlumatına görə, dünya turizm axını strukturunda hər beş səyahətçidən biri Asiya ölkələrini seçir. 2005-ci ildə regionda 156 milyondan çox turist istirahət etmişdir ki, bu da inişilkindən 7 faiz çoxdur. Bir sıra Asiya ölkələrində viza proseduralarının liberallaşdırılması və aviadaşıma sahəsində qeydiyyatın sadələşdirilməsi, büdcə aviaşirkətlərinin bazarı fəal surətdə fəth etməsi turizm axınının artırılması üçün yaxşı stimuldur.
Asiya ölkələri milli turizm idarələri başçılarının fikrincə, turizm sahəsinə təsir göstərən problemlərdən biri dünya KİV-lərinin böhranlı vəziyyətləri qeyri-dəqiq işıqlandırmasıdır. Bu ölkələrin turizm sahələrinin başçıları KİV-lərə təbii fəlakətlər və onların nəticələri barədə dəqiq və doğru məlumat yaymağı tövsiyə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]