Astanada beynəlxalq qastronomiya festivalı - “BaiQymyz-2026”
Astana, 12 iyul, AZƏRTAC
Astananın “Qazanat” ippodromunda keçirilən “BaiQymyz-2026” beynəlxalq qastronomiya festivalının ilk günündə təxminən 40 min insan iştirak edib.
AZƏRTAC Astana akimatının rəsmi saytına istinadla xəbər verir ki, irimiqyaslı bayramın qonaqları arasında çoxsaylı xarici turistlər də olub.
İstehsalçılar tədbir iştirakçıları üçün xüsusi olaraq 200 min litr qımız və 1 ton şubat (dəvə südü) gətiriblər. Festival qonaqları Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasından (Yakutiya) olan 60-dan çox istehsalçının məhsullarını dadmaq, həmçinin milli təamların hazırlanması üzrə ustad dərsləri və xalq sənətkarlığı sərgiləri ilə tanış olmaq imkanı əldə ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana