ASTANADA HƏMRƏYLİK GÜNÜ QEYD EDİLMİŞDİR
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmiş, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə səfir Lətif Qəndilov bu bayramın ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulamışdır. O, ölkəmizin iqtisadiyyatının çox sürətlə inkişaf etdiyini, bu məsələdə Azərbaycanın MDB ölkələri arasında birinci yeri tutduğunu bildirmişdir.
Mərasimdə “Xəzər” Mədəniyyət Mərkəzinin üzvləri çıxış edərək ölkəmizin və xalqımızın taleyində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, bu bayramın dünya azərbaycanlılarının birləşməsində müstəsna rol oynadığını qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]