Astanada “Su aləmi” tədbiri keçirilib
Astana, 29 iyul, AZƏRTAC
Astananın Mərkəzi Parkında “Funny sport” layihəsi çərçivəsində “Su aləmi” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi sakinləri sağlam həyat tərzi üçün həvəsləndirməkdir.
Paytaxtda keçirilən tədbirdə 600-dən çox insan iştirak edib. Təşkilatçılar təxminən 150-200 ədəd su oyuncağını sakinlərə pulsuz paylayıblar.
Tədbirin sonunda gənclər və yeniyetmələr “Taza Qazaxıstan. Astana - təmizlik və səliqənin nümunəsi” adlı genişmiqyaslı ekoloji aksiyaya qoşularaq Mərkəzi Parkın ərazisini zibillərdən təmizləyiblər.
Xatırladaq ki, iyulun 20-dən avqustun 25-dək olan tarixdə paytaxtın Bədən Tərbiyəsi və İdman İdarəsinin təşəbbüsü ilə Astanada “Funny sport” idman və əyləncə tədbirləri marafonu keçirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana