Astarada 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Astara, 4 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram tiryəki satarkən cinayət başında saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [11:42]
Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb
- 23.06.2026 [11:04]
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb
- 23.06.2026 [11:00]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
- 22.06.2026 [23:01]