ASTARAYA TALIŞ DAĞLARINDAN İÇMƏLİ SU XƏTTİ ÇƏKİLİR
Xəttin tikintisinə “Azərsutəchizattikinti” ASC-nin mütəxəssisləri ilə yanaşı, 30 nəfər yerli sakin də cəlb edilmişdir.
Hazırda inşaatçılar rayonun Burzubənd kəndində iki su anbarının tikintisində çalışırlar. Üçüncü su anbarı isə Sım kəndində inşa ediləcəkdir.
Şəhər sakinlərinin içməli suya olan tələbatını tam ödəyəcək yeni xəttin çəkilişinin 2007-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.