ATATÜRK MƏRKƏZİNDƏ “DƏYİRMİ MASA” KEÇİRİLƏCƏK
BMT-nin Bakı nümayəndəliyinin İctimai informasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 9-da Atatürk Mərkəzində “Azərbaycanın inkişafı naminə gənclər hərəkatı - bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
Nümayəndəliyin və ölkəmizin bir sıra aparıcı gənclər təşkilatlarının təmsilçilərinin iştirak edəcəkləri tədbirdə milli gənclik ehtiyatları və onlardan istifadə zamanı strateji istiqamətin seçimi, gənclərin Azərbaycanın inkişafı prosesində iştirakı və onların rolunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Avqustun 11-də gənclər üçün azyaşlı uşaqların və yeniyetmələrin həyat və məişətini yaxşılaşdırmaq məqsədi ilə hazırlanmış layihələrin reallaşdırılması ilə bağlı seminar keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]