ATÇILIQ İDMANI ÜZRƏ ÖLKƏ KUBOKU UĞRUNDA YARIŞLAR BAŞA ÇATMIŞDIR
4-5 yaşar atlar arasında 105-115 santimetr hündürlükdəki maneələri dəfetmə yarışında Respublika atçılıq idmanı məktəbinin yetirməsi Ələkbər Məmmədov “Lefebr” ləqəbli atla qalib gəlmişdir. Həmin məktəbin təmsilçiləri Rahib İsmayılov “Gela” ləqəbli atla ikinci, Hikmət Musayev “Tarim” ləqəbli atla üçüncü yeri tutmuşdur.
Altı və daha yuxarı yaşlı atlar arasında 115-135 santimetr hündürlükdəki maneələri dəfetmə yarışında isə “Qrom” ləqəbli atla çıxış edən Seyid Musayev (MOİK) qələbə qazanmışdır. Atçılıq idmanı məktəbinin yetirməsi Samir Məmmədov “Voltram” ləqəbli atla ikinci, “Günay” Atçılıq İdman Klubunun təmsilçisi Rəşad Əhmədov “Qroq” ləqəbli atla üçüncü olmuşdur. İdmançılara nazirliyin diplomları və qiymətli hədiyyələri təqdim edilmişdir.