ATƏT-İN KOSOVODAKI MİSSİYASINA AVSTRİYALI DİPLOMAT RƏHBƏRLİK EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kosovodakı ATƏT missiyasının yeni rəhbəri vəzifəzinə avstriyalı diplomat, 48 yaşlı Verner Almhofer təyin edilmişdir. Bu barədə qərar ATƏT-in Daimi Şurasının Vyanada keçirilmiş iclasında qəbul edilmişdir. V.Almhofer bu vəzifədə isveçrəli diplomat Tim Quldimanı əvəz edəcəkdir.
1992-ci ildə diplomatik xidmətə daxil olan V.Almhofer uzun illər Belqrad və Romada Avstriya nümayəndəliklərində müxtəlif vəzifələrdə işləmişdir. 2005-ci ilin martından yeni vəzifəyə təyin edilənədək, o, Avstriyanın Bosniya-Herseqovinadakı səfiri vəzifəsində çalışmışdır.
Avstriyalı diplomatın bu vəzifəyə təyin edilməsi Serbiyanın ATƏT-dəki nümayəndələrinin kəskin tənqidinə tuş gəlmişdir. Serbiya təmsilçilərinə görə, Kosovodakı ATƏT missiyasının yeni rəhbəri, hər zaman olduğu kimi, məsləhətləşmələr əsasında deyil, ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabın “özbaşına” qərarı ilə təyin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]