ATƏT-İN SƏDRİ MƏRKƏZİ ASİYADA VƏ CƏNUBİ QAFQAZDA SƏYLƏRİNİ GÜCLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, ATƏT-in indiki sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passi ölkəsinin bu təşkilatda sədrlik etdiyi cari ildə onun Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında səylərini gücləndirmək niyyətindədir. S.Passi bunu ATƏT katibliyinin kanalları ilə Vyanada yayılmış bəyanatında açıqlamışdır.
S.Passi Dağlıq Qarabağda vəziyyətə toxunaraq demişdir ki, “ATƏT Dağlıq Qarabağ üzrə Minsk qrupunun fəaliyyətini alqışlayır. Onun fəaliyyəti həm Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində, həm də digər formatlarda birbaşa dialoqa yenidən başlanmasına yönəldilmişdir”. O bəyanatında xüsusi vurğulamışdır ki, Bolqarıstan ATƏT-də sədrlik etdiyi dövrdə Minsk qrupunun fəaliyyətinə və münaqişənin dincliklə aradan qaldırılmasında marağı olan tərəflərə bundan sonra da əməli kömək göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]