Atıcılıq üzrə Avropa çempionatının tüfənglə 50 metr məsafəyə atəşaçma yarışına yekun vurulub
Bakı, 25 iyul, AZƏRTAC
Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının dördüncü günündə - iyulun 25-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəşaçma üzrə yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, gənclər arasında tüfənglə 50 metr məsafəyə atəşaçma yarışında final mərhələsinin qalibi müəyyənləşib. Çexiya idmançısı Filip Nepejçal birinci olub. Macarıstanlı Zalan Pekler ikinci, rusiyalı Andrey Qolovkov isə üçüncü yeri tutublar.
Çempionat avqustun 4-dək davam edəcək.