Atıcılıq üzrə dünya kuboku yarışına start verilib
Bakı, 28 may, AZƏRTAC
Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak edirlər.
İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 703 idmançı, 331 nümayəndə mübarizə aparacaq. Artıq idmançılar və nümayəndə heyətləri Bakıdadır.
Yarışda idmançılar ümumilikdə, 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.