“Atletik”in baş məşqçisi: “Qarabağ”a hörmətlə yanaşırıq
Bakı, 21 oktyabr, AZƏRTAC
“Qarabağ”la matçda xal qazanmaq üçün fürsətimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam klubuna hörmətlə yanaşdıqlarını bildirib: “Təbii ki, turnir cədvəlində onlar bizdən öndədirlər. Biz isə sonuncuyuq. Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır. Bu, bizim əsas istəyimizdir. “Qarabağ”a hörmətlə yanaşırıq, çünki bizdən əvvəl Çempionlar Liqasının köklü komandaları olan “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik. Bu həftə oynayacağımız ilk matçdır. Ona görə də özümüzü tam hazır və gümrah hiss edirik”.
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]