“Atletiko Madrid” “Barselona” ilə oyun öncəsi itkilərlə üzləşib
Bakı, 4 aprel, AZƏRTAC
İspaniyanın “Atletiko Madrid” futbol klubu “Barselona” ilə oyun öncəsi hücum xəttində itkilərlə üzləşib.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Alvaro Morata zədə səbəbindən Barselona təmsilçisinə qarşı oyunda forma geyinməyəcək. İspaniyalı hücumçu topuğundan aldığı zədə səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Digər hücumçu Dieqo Kosta isə əzələsində yaranan problemə görə meydana çıxmayacaq. Bu səbəbdən argentinalı baş məşqçi Dieqo Simeone klubun gənc futbolçularında yararlanacaq.
Dieqo Kosta “Atletiko”nun heyətində keçirdiyi 19 oyunda 4 qol vurub. Morata isə 10 oyundan 4-də fərqlənə bilib.
Qeyd edək ki, “Barselona”-“Atletiko” görüşü aprelin 6-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]