Auditorlar Palatasının kollektivi Anım Günündə Zəfər parkını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Auditorlar Palatasının kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla anıb.
Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.