Avrokomissiya “AliExpress”i 550 milyon avro cərimələyib
Berlin, 20 iyul, AZƏRTAC
Avropa Komissiyası rəqəmsal xidmətlər haqqında qanunvericiliyin (DSA) tələblərini pozduğuna görə “AliExpress” elektron ticarət platformasını 550 milyon avro cərimələyib.
AZƏRTAC xəbər verir ki, qurumun məlumatında bu qərarın platformanın qeyri-qanuni, təhlükəli və saxta məhsulların yayılması ilə bağlı sistemli riskləri lazımi səviyyədə qiymətləndirməməsi və azaltmaq üçün effektiv tədbirlər görməməsinə görə qəbul olunduğu bildirilir.
Avrokomissiyanın araşdırmasına əsasən, “AliExpress” potensial qanunsuz məhsullara nəzarət edən əməkdaşların sayını və iş yükünü düzgün qiymətləndirməyib, tövsiyə və reklam sistemlərinin belə məhsulların yayılmasına təsirini tam nəzərə almayıb. Yoxlamalar zamanı saxta məhsullar, təhlükəli oyuncaqlar və kosmetik vasitələrin platformada uzun müddət qalmaqda davam etdiyi müəyyən edilib.
Bundan əlavə, şirkətin qanunsuz məhsul satan ticarətçilərə qarşı tətbiq etdiyi cəza mexanizmlərinin səmərəli işləmədiyi, məhsulların kateqoriyalarının yanlış göstərilməsi yolu ilə nəzarət sistemlərinin asanlıqla keçildiyi bildirilib.
Avrokomissiya cərimənin məbləğini pozuntuların xarakteri, Avropa İttifaqındakı istifadəçilərə təsirini və müddətini nəzərə alaraq müəyyən edib. “AliExpress”ə pozuntuların aradan qaldırılması üçün oktyabrın 20-dək fəaliyyət planını təqdim etmək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]