Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Azərbaycan Cəmiyyətinin “Gənc səslər, qədim nəğmə” sənədli filmi Paris festivalında VİDEO

Paris, 13 aprel, AZƏRTAC

Parisin “L’Entrepot” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə 12-ci “L'Europe autour de l'Europe” kino festivalı çərçivəsində Azərbaycan kinosu gecəsi keçirilib.

TEAS-ın Fransa ofisinin direktoru Mari-Letisiya Qurden tədbiri açaraq artıq 6 ildir festivalla əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, TEAS-ın əsas məqsədi Azərbaycanı Avropada tanıtmaq, insanlar arasında akademik, iqtisadi, xüsusilə də mədəniyyət sahələrində əlaqə yaratmaqdır.

Direktor bu dəfə TEAS-ın 2016-cı ildə istehsal etdiyi və Azərbaycan mədəniyyətinin incisi olan muğamdan bəhs edən “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filminin təqdim ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, öz kökünü Dağlıq Qarabağ regionundan götürən muğam sevinci, qəmi, məhəbbəti ifadə edir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etdiyini, ölkə ərazisinin 20 faizini işğal altında saxladığını, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşdüyünü diqqətə çatdırıb.

Amerikalı musiqiçi Cefri Verbok tədqiqatları əsasında məcburi köçkün uşaqların muğam ənənəsini necə yaşatdıqlarını göstərib.

TEAS-ın direktoru Lionel Zetter muğamdan və Ermənistan-Azərbaycan münaqişəsinin qurbanları olan azərbaycanlı uşaqlardan bəhs edən belə bir filmi ərsəyə gətirməkləri ilə fəxr etdiklərini bildirib. O, Dağlıq Qarabağ münaqişəsində elan olunan atəşkəsə baxmayaraq, onun hələ də qurbanlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, keçən ilin aprel ayında baş verən dörd günlük müharibə bu münaqişənin tezliklə həll edilməsinin vacibliyindən xəbər verir. TEAS arzu edir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilsin, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsın və Azərbaycan mədəniyyətinin incisi olan muğam musiqisi öz doğma məkanında yaşasın.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çəkilən “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmi nümayiş etdirilib. Filmdə Dağlıq Qarabağdan qaçqın düşən uşaqların əsrarəngiz ifaları səslənib. Xalqımızın qədim muğam ənənəsini yaşatdığı, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxdığı, gənc nəslin mədəni irsimizi qoruyub saxladığı öz əskini tapıb. Muğam musiqisinin mürəkkəbliyinə baxmayaraq, onu məharətlə ifa etməyi bacaran azərbaycanlı uşaqların fenomenal istedadından bəhs olunub.

Filmdə muğamın beşiyi olan Qarabağın işğalından bəhs edilir. Bu uşaqlar - muğam ifaçıları Ermənistan torpaqlarımızı, Qarabağımızı işğal etməzdən əvvəl həmin ərazilərdə anadan olublar. Filmdə Ermənistan təcavüzünün işğal olunmuş ərazilərdəki mədəni irsə necə mənfi təsir göstərdiyi əks olunur. Tamaşaçıya çatdırılır ki, muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün çətinliklərə baxmayaraq, xalqımızın Qarabağın muğam ənənəsini yaşatması və muğamın qorunub saxlanmasına dövlət dəstəyi diqqətə çatdırılır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın ölkəmizdə və xaricdə tanınmasına verdiyi töhfələr vurğulanır. Bildirilir ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan 54 dəqiqəlik film Azərbaycan, ingilis və fransız dillərində titrlərlə verilib.

Filmin nümayişindən sonra Cefri Verbok dərbəndli Zevulon Avşalomobla rastlaşmasından, onun sayəsində muğamı və kamançanın ecazkar səsini kəşf etməsindən bəhs edib. Ölkəmizə ilk dəfə məhz muğam musiqisini öyrənmək məqsədilə gəldiyini bildirib. Azərbaycanda məcburi köçkün düşərgələrində ağır həyat şəraitinə baxmayaraq, uşaqların ifasına heyran olduğunu söyləyib. Həmin düşərgədə uşaqlardan birinin Vətən haqqında mahnı oxuyarkən kövrəlməsindən təsirləndiyini qeyd edib.

Tamaşaçılara Cefri Verboka onları maraqlandıran sualla müraciət etmək imkanı verilsə də, onlar ilk növbədə emosiyalarını bölüşüblər, filmdən çox təsirləndiklərini və belə bir vəziyyətdən xəbərsiz olduqlarını bildiriblər.

Musiqişünaslar muğamla bağlı suallar veriblər. Xüsusilə də əvvəllər Qərb musiqisi sahəsində çalışan bəstəkarın necə muğama üz tutması ilə maraqlanıblar.

Cefri Verbok kamançada Azərbaycan muğamından bir parça ifa edib.

TEAS-ın direktoru Lionel Zetter AZƏRTAC-a bildirib ki, film uzun müddətə ərsəyə gəlib. Filmdə Cefrinin Azərbaycana, onun xalqına, muğama olan sevgisi öz əksini tapır. Film dünya ictimaiyyətinə geniş məlumat verəcək, ecazkar muğam musiqisini tanıdacaq, azərbaycanlıların necə gözəl, istiqanlı bir xalq olduğunu göstərəcək. Ekran əsəri Azərbaycanın beynəlxalq aləmə açıq olduğunu nümayiş etdirəcək. Eyni zamanda, Azərbaycan ərazilərinin 25 ildir işğal altında olmasını beynəlxalq ictimaiyyətə çatdıracaq. Filmdə insanların üzündə, səsində xoşbəxtlik duyulur. Onların bu gün həyat şəraiti yaxşıdır, amma buna baxmayaraq onlar öz doğma torpaqlarına qayırmaq istəyirlər.

Cefri Verbok müsahibəsində Azərbaycana ərazi bütövlüyünü bərpa etməsini, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasını, qaçqın və məcburi köçkünlərin tezliklə doğma evlərinə qayıtmasını, Azərbaycanın muğam mədəniyyətinin əbədi yaşamasını arzulayıb. O, Azərbaycan dövlətinə muğamın qorunub saxlanmasına, muğam müsabiqələrinin təşkilində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Avropa Azərbaycan Cəmiyyətinin “Gənc səslər, qədim nəğmə” sənədli filmi Paris festivalında VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO