AVROPA BİRLİYİ İRANLA TİCARƏT DANIŞIQLARINA YENİDƏN BAŞLAYACAQ
AZƏRTAC-ın Sinxua Agentliyindən aldığı xəbərə görə, AB Komissiyası yanvarın 12-də elan etmişdir ki, Avropa Birliyi İranla ikitərəfli ticarət danışıqlarına yenidən başlayacaqdır. Bu danışıqlar 18 ay əvvəl, 2003-cü ilin iyununda kəsilmişdi.
Ticarət danışıqlarının yenidən başlanması barədə qərar İranla “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və AFR) arasında müvafiq saziş əldə olunduqdan, bu ölkə uranın saflaşdırılması və yanacaq qəliblərinin emalı sahəsində fəaliyyətini dayandırdıqdan sonra qəbul edilmişdir.
Yanvarın 13-də AB İranla siyasi dialoqun yeni mərhələsinə başlayacaq və Orta Şərqdə insan hüquqları və təhlükəsizlik, terrorizimlə mübarizə və kütləvi qırğın silahı məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqdır.
AB-nin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner bildirmişdir ki, “danışıqların və dialoqun yenidən başlanması AB-nin İranla əməkdaşlıq etmək niyyətində olduğuna aydın işarədir”. O qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət nüvə proqramından hərbi məqsədlərlə istifadə etməyəcəyi barədə İranın öhdəliyinə inandığı təqdirdə, İran AB ilə daha sıx münasibətlərin qurulmasına ümid edə bilər”.
AB İranın əsas ticarət tərəfdaşıdır. İkitərəfli əmtəə dövriyyəsi İranın xarici ticarətinin ümumi həcminin 30 faizini təşkil edir. Xatırladaq ki, İran və AB ticarət danışıqlarının birinci mərhələsinə 2002-ci il dekabrın 12-də başlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]