İDMAN
Avropa çempionu Laura Ruggieri: Azərbaycan belə möhtəşəm tədbirə ev sahibliyi etməklə tarix yazır
![Avropa çempionu Laura Ruggieri: Azərbaycan belə möhtəşəm tədbirə ev sahibliyi etməklə tarix yazır](/files/2015/2/1200x630/14345526085696333418_1200x630.jpg)
Bakı, 17 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
"Bakı-2015" ilk Avropa Oyunlarında iştirak etdiyim üçün çox xoşbəxtəm.
Bu sözləri kamandan oxatma yarışlarında mübarizə aparan fransalı atlet Laura Ruggieri AZƏRTAC-a müsahibəsində bildirib.
Ötən il Avropa çempionatının qalibi olan Laura Ruggieri deyib ki, Azərbaycanda olduğum bu qısa müddətdə yalnız xoş təəssüratlar qazanmışam: "Paytaxtınız haqqında yalnız xoş sözlər deyə bilərəm. İnsanlarınızın qonaqpərvərliyini heç vaxt unutmayacağam. Həqiqətən də Azərbaycan belə bir möhtəşəm tədbirə ev sahibliyi etməklə tarix yazır. Azərbaycan bir idman ölkəsi olaraq özünü layiqincə təqdim etməyi bacarıb".
Ölkəmizin idman infrastrukturunu yüksək dəyərləndirən fransalı idmançı qeyd edib ki, Bakı ilk Avropa Oyunlarının keçirilməsi üçün ən layiqli şəhərdir.