Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İttifaqı: böhran və geosiyasət

Avropa İttifaqı: böhran və geosiyasət

Bakı, 3 mart, AZƏRTAC 

Avropa İttifaqının son zamanlar bir çox problemlərlə üzləşdiyi barədə informasiyalar yayılır. Təşkilat daxilində meydana çıxan problemlər öz həllini tapmır. Burada separatizm meylləri, bir sıra dövlətlərin müstəqil siyasət yeritmək iddiası, milliyyətçiliyin radikal məzmun alması, işsizlik kimi məsələlər ön plana çıxıb. Onları aradan qaldıra biləcək səmərəli proqramlar isə hələ ki, yoxdur. Üstəlik, xarici siyasətdə də müəyyən mürəkkəbliklər üzə çıxmağa başlayıb. Belə ki, Ukrayna böhranının fonunda Aİ-nin Rusiya ilə münasibətləri necə qurmalı olduğunu Brüssel özü üçün aydınlaşdırmayıb. Mütəxəssislər təşkilatın xarici siyasətində prinsiplərin yeniləşdirilməsinə tələbin olduğundan danışırlar. Lakin Avropa buna hazırdırmı?

Risk faktoru: Aİ-nin daxili reallıqları

2015-ci ilin gəlişi ilə Avropa İttifaqının gələcək taleyi haqqında proqnozlar verilməyə başlanıb. Mütəxəssislər bu məsələyə bütövlükdə dünyada gedən geosiyasi proseslər kontekstində nəzər yetirirlər. Şübhə yoxdur ki, Avropa qlobal miqyasda ciddi təsir gücünə malik olan məkandır. Onun iqtisadi, mədəni, elmi və hərbi gücü hamılıqla etiraf olunur. Bununla yanaşı, hətta böyük güclər üçün belə çətin mərhələlər var. Çoxsaylı risk faktorları müəyyən fəsadlar yarada bilər. Aİ ilə əlaqədar isə müxtəlif ssenarilər irəli sürülür.

Hazırda Aİ daxilində maliyyə-iqtisadi böhran davam edir. Yunanıstanda radikal sol partiyanın seçkidə qalib gəlməsi ilə avro ilə bağlı vəziyyət yenidən mürəkkəbləşməkdədir. Avropa Komissiyasının sədri Jan-Klod Yunker xəbərdar edir ki, “yunanlar yanlış seçim etdikləri halda nələrin ola biləcəyini yaxşı dərk etməlidirlər”. Məsələ burasındadır ki, solçular Aİ-nin perspektivinə elə də inanmırlar. Onlar daha müstəqil və suveren olmağa üstünlük verirlər.

Əslində, Aİ-də inteqrasiya əleyhdarları yalnız Yunanıstanda deyil. Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya kimi ölkələrdə də bu mövqedə olan siyasətçilər var. Onların arasında daha çox rəsmi London təşkilatdan çıxmağa çalışır. 2017-ci ildə bununla bağlı referendum keçirilə bilər. Lakin bir sıra ekspertlərin fikirlərinə görə, bunun bir qədər tez, 2015-ci ilin yayında da baş verməsi mümkündür.

İndiki mərhələdə ümumən Aİ-yə daxil olan ölkələrdə inteqrasiya əleyhdarları kimi çıxış edən siyasi təşkilatların sayı artır. Bu, artıq bir tendensiya kimi qəbul edilir. Zaman-zaman həmin tendensiyanın daha geniş miqyas alması və bir sıra dövlətlərdə aparıcı mövqeyə çıxması istisna olunmur. Bu səbəbdən Aİ-də parçalanma ssenarisinin reallaşması mümkündür.

Həmin proqnoz kontekstində 2015-ci ildə Aİ iqtisadiyyatının qeyri-müəyyən vəziyyətdə ola biləcəyi haqqında deyilənlər düşündürücü görünür. Təşkilat ekspertlərinin fikirlərinə görə, bu il iqtisadi inkişaf maksimum 1,1% ola bilər. Üstəlik, Aİ-yə daxil olan ölkələr arasında inkişaf templəri də fərqli olacaqdır. Məsələn, Almaniyada artım gözlənildiyi halda, təşkilatın digər dövlətlərində tənəzzül proqnozlaşdırılır.

Bu prosesin çox təhlükəli olduğunu dərk etmək gərəkdir. Çünki belə olduğu halda, Aİ-nin bir sistem kimi inkişafı mümkün deyil. Elm sübut edir ki, cəmiyyətin real tərəqqisi yalnız ona daxil olan altsistemlərin harmonik inkişafı şəraitində gerçək və dayanıqlı olur. Aİ-yə üzv ölkələrin bir qisminin inkişaf etməsi, digərlərinin isə tənəzzülə uğraması onun perspektivini ciddi şübhə altına alır. İndi ümid böhran vəziyyətində olan ittifaq üzvlərinin dövlət büdcələrinin optimallaşdırılmasına qalıb. Bunun ümumiyyətlə baş tutub-tutmayacağı məlum deyil. Çünki təşkilatın maraqları ilə ayrı-ayrı ölkələrdəki vəziyyət arasında ziddiyyətlər aradan qalxmayıb.

Həmin bağlılıqda Avropa Mərkəzi Bankının “risklər üstünlük təşkil edir” kimi nəticə çıxarması təsadüfi görünmür. İnflyasiya və işsizlik məsələləri avropalıları çox narahat edir. Yunanıstan, İspaniya və Portuqaliyada işsizlik səviyyəsi hələ də yüksəkdir. Fransa və İngiltərədə də vəziyyət ürəkaçan deyil. Bu sahədə kəskin dəyişikliklər gözlənilmir. “Stratfor” qlobal araşdırmalar mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik C.Fridman hesab edir ki, 2014-cü ildə Aİ iqtisadi, siyasi və sosial problemlərin həllində irəliyə gedə bilməyib.

Bu, artıq ciddi faktordur. Bütün cəhdlərinə baxmayaraq, Aİ özü öz daxilində dönüş yarada bilmirsə, nikbin proqnozlara ümid etmək çətindir.

Xarici siyasət: Rusiya ilə əməkdaşlıq formulu axtarışında

Vurğulanan aspektdə son illər Avropa İttifaqı daxilində müşahidə edilən bir məqama ayrıca diqqət yetirmək lazımdır. Təcrübə göstərir ki, bir zamanlar zəif iqtisadiyyata malik olan Şərqi və Mərkəzi Avropa ölkələri Qərbi Avropa dövlətlərindən daha intensiv inkişaf edirlər. Müəyyən müddətdən sonra onlar aparıcı mövqeyə çıxa bilərlər. Buna isə ənənəvi olaraq Aİ-də söz sahibi olan ölkələr qısqanclıqla yanaşırlar. Böyük Britaniyanın təşkilatdan çıxmağa can atması arxasında digərləri ilə yanaşı, bu faktor da dura bilər.

Şübhəsiz ki, təşkilatın iki hissəyə bölünməsi tendensiyası təhlükəli gedişatdır. Onun qarşısını necə almaq olar? Hələlik bununla bağlı düşünülmüş bir proqram yoxdur. Hətta bu, normal hesab edilir. Problemə müasir mürəkkəb geosiyasi proseslər aspektində yanaşdıqda isə, bir qədər fərqli mənzərə yaranır.

Məsələn, Ukrayna böhranı fonunda Aİ-nin xarici siyasəti necə qurulmalıdır? Təşkilata üzv olan Şərqi və Mərkəzi Avropa ölkələri bu dövlətə coğrafi olaraq çox yaxındırlar. Baltikyanı ölkələr isə tarixən Kiyevlə sıx əlaqədə olub. Bu məqam Aİ-də inkişaf potensialı getdikcə artan dövlətlərin bu və ya digər dərəcədə münaqişəyə cəlb olunmasına aparıb çıxara bilərmi?

Bu, tamamilə mümkün ssenaridir. Çünki Rusiya vəziyyətini düzəltmək üçün istənilən addımı ata bilər. İndi Brüsseldə Ukrayna hadisələri fonunda xarici siyasətdə düzəlişlər etmək barədə düşünürlər.

Hər şeydən əvvəl, vurğulamaq lazımdır ki, Aİ-nin uzun illər xarici siyasətdə gözlədiyi müəyyən prinsiplər yenilənməlidir. Konkret olaraq neoliberal dəyərlərə əsaslanan geosiyasi kurs artıq əvvəlki səmərəni vermir. Avropa özünü sonsuza qədər genişləndirə, bütün ölkələri Aİ-yə, yaxud NATO-ya daxil edə bilməz. Bunun perspektivsizliyini məhz Krım məsələsi nümayiş etdirdi.

Rusiya sübut etdi ki, coğrafi sərhədləri Qərbin razılığı olmadan dəyişə bilər. Deməli, Avropa özünün genişlənmə kursunda bunu nəzərə almalıdır. O, üç mövqedən birini seçə bilər. Birincisi, Moskva ilə açıq münaqişəyə girib, onu inadından döndərə bilər. Təcrübə göstərir ki, bu, Aİ-nin imkanı xaricindədir. NATO kifayət qədər güclü olsa da, böyük müharibə heç bir tərəfə sərf etmir.

İkincisi, digər geosiyasi güclərlə ittifaqa daxil olub, Rusiyanı zərərsizləşdirə bilər. Bunun da perspektivi bəlli deyil. Çünki Kremlin özünü dəstəkləyən böyük dövlətlər var. Məsələn, Çin. Pekin hazırda kifayət qədər təsirə malikdir. Bununla yanaşı, hazırkı tarixi mərhələdə hansısa böyük dövləti zorla neytrallaşdırmaq çox çətindir. Rusiya isə çox güclü hərbi potensialı olan dövlətdir.

Üçüncüsü, Rusiya ilə birgə inkişaf modelini işləyib hazırlaya bilər. Bu, ABŞ-Çin əməkdaşlığı üçün nəzərdə tutulan “G2” formatına bənzəyir. Hesab edilir ki, son ssenari Aİ-nin maraqlarına daha çox cavab verir. Lakin burada da Krım və Ukraynanın şərq əyalətlərindəki vəziyyəti diqqətə almaq lazım gəlir. Bu kimi faktlar şəraitində Avropa Rusiya ilə geosiyasi ittifaqda ola bilərmi? Təbii ki, belə olduqda, o, öz prinsiplərinə zidd mövqe tutmuş olur. Bu səbəbdən sonuncu ssenarini də hələlik ciddi qəbul etmək çətindir.

Yuxarıda göstərilən məqamlara Avropa daxilində miqrasiya və milliyyətçilik problemlərinin getdikcə kəskinləşdiyini də əlavə etmək olar. Sirr deyil ki, son illər təşkilata üzv olan dövlətlərdə milliyyətçilik radikal məzmun almışdır. Bu da bütövlükdə həm daxili siyasətdə çətinliklər yaradır, həm də Brüsselin vahid xarici siyasət yeritmək imkanlarına mənfi təsir göstərir. Separatçılıq gücləndiyi (məsələn, basklar və şotlandların fəallığı artdığı) halda Aİ-nin hansı vəziyyətə düşəcəyini demək çətindir.

Belə çıxır ki, bir zamanlar bütün dünya üçün nümunə olan Aİ ciddi problemlərlə üzləşməkdədir. Onun daxili və xarici siyasətində qeyri-müəyyən məqamların sayı artır. Bunun qlobal miqyasda fəsadlar verə biləcəyi mümkündür. Yaranmış vəziyyətdə Aİ-nin geosiyasi güc olaraq nə kimi addımlar atacağından çox şey asılıdır. Brüssel hələlik bu istiqamətdə tam aydın mövqe nümayiş etdirmir. Görünür, o, Amerikanın təsirindən hələ də çıxa bilməyib. Maliyyə-iqtisadi böhran, işsizlik, avronun qarşılaşdığı çətinliklər və digər məsələlər Aİ-nin əl-qolunu bağlayır.

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO