Avropa İttifaqı koronavirusla mübarizə üçün Ukraynaya növbəti dəfə maliyyə yardımı edib
Kiyev, 13 aprel, AZƏRTAC
Avropa İttifaqı koronavirusla mübarizə üçün Ukraynaya növbəti dəfə maliyyə yardımı edib. AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin yaydığı məlumata görə, maliyyə yardımı 4 milyon avro həcmindədir. Bu yardım könüllülərin koronavirusun yayılmasına qarşı gördüyü işlərə xərclənəcək.
Qeyd edək ki, Avropa İttifaqı bundan öncə koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro dəyərində yardım edib.
Bundan əlavə, Avropa İttifaqı Ukraynanın Donetsk bölgəsindəki Təcili Tibbi Mərkəz üçün avadanlıq, 100 dəst fərdi qoruyucu vasitələr və 70 litr antiseptik maye ilə təmin edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]