Avropa İttifaqında istixana qazı emissiyası azalır
Budapeşt, 30 avqust, AZƏRTAC
Cari ilin birinci rübündə Avropa İttifaqı ölkələrində iqtisadi fəaliyyət nəticəsində istixana qazı tullantıları 6,5 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Ətraf Mühitin Qorunması Bürosu Avropa Statistika Agentliyinin hesabatına istinadla məlumat verir.
İstixana qazı tullantıları ən çox Bolqarıstanda (15,2 faiz) azalıb. Avropa İttifaqının digər altı üzv-dövlətində onlar artıb, həm də ən böyük artım (9,1faiz) İrlandiyada qeydə alınıb.
Regional müqayisədə istixana qazı tullantıları Sloveniyada - 9,5 faiz, Çexiyada - 6,6 faiz, Polşada - 5,1 faiz, Rumıniyada - 4,6 faiz azalıb, lakin Slovakiyada onlar 1,9 faiz artıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]