AVROPA KOMİSSİYASININ SƏDRİ ROMANO PRODİNİN ÇIXIŞI
Beləliklə, Azərbaycanın dostlar cərgəsinə daxil olması çox sevindiricidir. Deyə bilərəm ki, bu, bizim davamlı əlaqələrimizin yalnız başlanğıc görüşü idi. Bu gündən etibarən bu əlaqələrin yeni mərhələsi başlayır. Bu, həm də o deməkdir ki, biz Azərbaycanın dünya Ticarət Təşkilatına yaxınlaşmaq üzrə atdığı addımlarını da dəstəkləyirik. Bundan sonra çiyin-çiyinə işləyib xarici ticarət sahəsindəki fəaliyyəti də şaxələndirməyə çalışacağıq. Energetika sahəsində əməkdaşlıq edəcəyik.
Görüşümüzün ikinci hissəsində biz Dağlıq Qarabağ münaqişəsini dərindən təhlil və müzakirə etdik. Biz narahatıq ki, 10 ildən çoxdur ki, məsələ uzanır və sülh yolu ilə həll olunmur. Artıq 10 ildən çoxdur ki, sülh yoxdur. Aydındır ki, biz Minsk qrupunun işinə qarışmaq istəmirik. Amma təkidlə inandırır və təzyiq edirik ki, bu qrup müəyyən nəticə ilə işləsin. Mən arzu və iradəmi ifadə edərək bildirdim ki, biz hər iki tərəfin, ölkənin sərəncamındayıq. Minsk qrupuna məsələnin həllində əlimizdən gələn köməyi etməyə hazırıq. Çünki, həqiqətən, dost deyiriksə, bu cərgədə olan ölkələrin hamısı əsl dost olmalıdır. Dostluğa xələl gətirə bilən problemlər olmamalıdır. İqtisadi və siyasi əməkdaşlıq olmalıdır. Sağ olun!