Avropa Kuboku: Azərbaycanın voleybol komandası yarımfinala yüksəlib
Bakı, 7 oktyabr, AZƏRTAC
Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) çıxış edən Azərbaycanın kişilərdən ibarət “Murov Az Terminal” komandası yarımfinala vəsiqə qazanıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, komanda 1/4 finalda Macarıstanın “SRSE Budapeşt” kollektivinə qalib gəlib.
Komandalar arasında keçirilən iki oyundan birində rəqib, digərində isə “Murov Az Terminal” qələbə qazanıb.
Ardınca qalibi müəyyənləşdirmək üçün qızıl set oynanılıb. Bu setdə 15:8 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə adlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]