Avropa Kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları müəyyənləşib
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Monteneqronun Budva şəhərində start veriləcək boks üzrə Avropa Kubokunda Azərbaycan milli komandası da iştirak edəcək.
AZƏRTAC federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, altı gün davam edəcək beynəlxalq turnirdə baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (54 kiloqram), Şamil Əskərov (57 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Eldar Quliyev (86 kiloqram) və Rauf Rəhimov (92 kiloqram) qüvvəsini sınayacaq.
Bu gün səfərə yollanan yığma oktyabrın 16-da Bakıya qayıdacaq.
Qeyd edək ki, Avropa Kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]