AVROPA OMBUDSMANLAR TƏSİSATININ ÜMUMİ İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova yanvarın 21-22-də Avstriya Respublikasının İnsbruq şəhərində keçiriləcək Avropa Ombudsmanlar Təsisatının ümumi iclasına dəvət olunmuşdur.
İki gün davam edəcək tədbirdə Avropa ölkələrinin ombudsmanları insan hüquqlarının qorunması və həyata keçirilməsində Ombudsman Təsisatının rolunu təhlil edəcək, fikir mübadiləsi aparacaqlar.
İclasda E.Süleymanova ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, əldə edilən nəticələr barədə ətraflı məlumat verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]