Avropa Parlamenti Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir - Bəyanat
Bakı, 11 fevral, AZƏRTAC
Avropa Parlamentinin bir qrup deputatının Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanatının Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
Bildirilib ki, ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil. Bu günlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonlarından başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş “miatsum” ideologiyasının daşıyıcıları və icraçılarıdır.
“Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir”, - deyə bəyanatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [17:37]
Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olunub
- 11.02.2026 [17:22]