Avropa Parlamentinin qətnaməsi Azərbaycanı Avropadan uzaqlaşdırmaq məqsədi daşıyır ŞƏRH
Bakı, 24 oktyabr, AZƏRTAC
Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Bu qətnamə ikili standartların göstəricisidir. Qətnamə Azərbaycana qarşı ittihamlarla doludur. Bunlar əsassız və antidemokratik ittihamlardır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini xatırladan deputat deyib: “Həmin ərazilərin yerli əhalisi etnik təmizlənməyə məruz qalıb, bir milyondan çox azərbaycanlı evlərindən qovulub. Amma belə kəskin qətnamələr Ermənistana qarşı qəbul olunmayıb. Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandırır, gücləndirir, yardım edir. Bu qətnamənin qəbul olunması münasibətlərə böyük zərbədir. Bir növ Azərbaycanı Avropadan uzaqlaşdırmaq məqsədi daşıyır”.