İDMAN
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəlib
Bakı, 18 sentyabr, AZƏRTAC
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura Bakıda səfərdədir.
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qitənin ali idman qurumunun rəhbəri ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca Şəhidlər xiyabanında azadlıq fədailərinin də xatirəsinə ehtiram bildirilib. Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.
Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.