AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANIN MƏHKƏMƏ-HÜQUQ SİSTEMİ İLƏ TANIŞ OLMUŞLAR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və Avropa Şurasının nümayəndələri Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində olmuşlar. Qonaqlara ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlar, penitensiar müəssisələrdəki şəraitin Avropa standartlarına uyğunlaşdırılması, məhkumların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar, Azərbaycan Prezidentinin əfv Fərmanları, nazirliklə ombudsman təsisatı arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulması barədə ətraflı məlumat verilmişdir.
Onlar nazirliyin penitensiar muzeyində də olmuş, qadınların cəzaçəkmə və yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələrində məhkumların saxlanılma şəraitindən razı qalmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]