Avropa Voleybol Konfederasiyasının prezidenti: Azərbaycanın klubları Çempionlar Liqasında oynamağa layiqdir
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanda olmaq çox xoşdur. Burada məni çox gözəl qarşıladılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç kişi voleybolçular arasında Yüksək Liqanın final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, iki gözəl final matçına şahidlik etdiyini bildirib: "Hər şey ideal idi. Biz bundan sonra da burada gözəl oyunların keçməsi üçün əlimizdən gələni edəcəyik. Bakıda olan görüşlər məhsuldar keçdi. Səfərin əsas məqsədi Azərbaycanda voleybolu inkişaf etdirməkdir. Çimərlik voleybolunu da yüksəltmək istəyirik".
CEV rəhbərinin sözlərinə görə, Azərbaycanın voleybol klubları Çempionlar Liqasında iştirak etməyə layiqdir: “İndi ölkə sıralamasına görə klublar da bölünür. Ümid edirəm ki, gələcəkdə Azərbaycan təmsilçiləri də bu yarışda iştirak edəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]