Avropa yeni “vəba” təhlükəsi ilə üzləşir
Bakı, 3 avqust, AZƏRTAC
Avropa İttifaqı ölkələrində fentanil narkotik maddəsinin geniş yayılması yeni “vəba” təhlükəsi yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasına müraciətində Avropa Parlamentinin İtaliyadan olan üzvü Paolo İnselvini yazıb. Siyasətçi qeyd edib: “Bu narkotik maddənin ucuz qiymətə satılmasını və bizim qitədə daha əlçatan olmasını nəzərə alaraq, “zombi narkotiki” adlanan fentanil Avropada yeni “qara vəbaya” çevrilə bilər.
İnselvini əlavə edib ki, Aİ ölkələrində narkotik maddələrdən istifadə hallarında artım müşahidə olunur. Deputat əlavə edib ki, artıq ABŞ-da nəzarətdən çıxmış problemə çevrilən bu həyəcanlı tendensiya Avropada milyonlarla insanın həyatının məhv edilməsi riski daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]